Gündəm 31-03-2026, 18:22

Emin Ağalarov yeni biznes qurdu - Qərara gəlib ki...



Müğənni və iş adamı Emin Ağalarov yeni biznes qurub.

Planetinfo.az xəbər verir ki, bu barədə Kp.ru saytı məlumat yayıb.

Ağalarov "Jara Myuzik" (Zhara Music) MMC-də 50% pay əldə edib. Şirkət səsyazma və musiqi kontentinin nəşri üzrə ixtisaslaşır.

Qeyd edilib ki, sənətçi bu yolla "Jara" brendi altında öz leyblını yaratmaq qərarına gəlib.

Emin Ağalarov musiqi karyerasına 2006-cı ildə "Still" adlı ilk solo albomunu çıxarmaqla başlayıb. 2018-ci ildə o, Azərbaycanın Xalq artisti və Adıgeya Respublikasının Əməkdar artisti fəxri adlarına layiq görülüb.

Xəbər lenti