Gündəm 31-03-2026, 20:14

Gənc qız dayısı oğlu tərəfindən bıçaqlandı




Ağdamın Quzanlı qəsəbəsində gənc qız bıçaqlanıb.

Planetinfo.az "Report"a istinadla xəbər verir ki, rayon sakini, 2007-ci il təvəllüdlü Cəfərova Leyla dayısı oğlu tərəfindən bıçaqlanıb.

Yeniyetmə qız üz nahiyəsi və sol əlinin kəsilmiş yarası ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

L.Cəfərovanın parfümeriya mağazasında işlədiyi bildirilir.

Faktla bağlı araşdırma başlanıb.

Xəbər lenti