İspanların 81 faizi ABŞ Prezidenti Donald Trampı sülhə təhdid hesab edir. Bu da Rusiya Prezidenti Vladimir Putindən (79,3%) 2 faiz çoxdur.
Planetinfo.az xəbər verir ki, bu rəqəmlər apreldə keçirilən El Pais/Cadena SER sorğusunun nəticələridir.
Sorğuda respondentlərdən qlobal sabitliyə ən böyük təhlükə yaradan liderlərin adlarını çəkmələri istənilib.
İsrailin Baş naziri Benyamin Netanyahu 71,2% səslə üçüncü yerdə qərarlaşıb. Ondan sonra İranın Ali Lideri Möctəba Xamenei (62,9%), Kim Çen In (62,25%) və Si Cinpin (49,3%) gəlir.
Sorğunun nəticələri İspaniya cəmiyyətinin ümumi əhval-ruhiyyəsini əks etdirib.
ABŞ-İsrail əməliyyatının başlanğıcından bəri rəsmi Madrid açıq şəkildə tənqidi mövqe tutaraq ABŞ-nin İrana qarşı hücumlar üçün birgə hərbi bazalardan istifadə hüququnu rədd edib. Buna cavab olaraq Tramp İspaniya ilə ticarəti tamamilə kəsəcəyi ilə hədələyib. Baş nazir Pedro Sançes də öz növbəsində ABŞ-nin hərəkətlərini qınayaraq onları beynəlxalq hüquqa zidd adlandırıb.