Gündəm 8-04-2026, 14:13

SOCAR-ın Müşahidə Şurasının tərkibi dəyişdi - SƏRƏNCAM



Prezident İlham Əliyev Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında 23 yanvar 2021-ci il sərəncamında dəyişiklik edib.

Planetinfo.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni sərəncam imzalayıb.

Sərəncama əsasən, Şuranın üzvü olan maliyyə nazirinin keçmiş müavini Azər Bayramov nazirin I müavini Anar Kərimovla əvəz olunub.

Xəbər lenti