ABŞ-nin vitse-prezidenti Ceyms Vens Macarıstanın Baş naziri Viktor Orbana qarşı parlament seçkilərindən əvvəl Volodimir Zelenskinin təhdidlərini tənqid edib.
Planetinfo.az xəbər verir ki, bu barədə Vens Budapeştə çıxış edərkən danışıb.
“Əvvəla, dünənə qədər Zelenskinin Orbanın iqamətgahına əsgər göndərmək niyyətindən bəhs etdiyini bilmirdim. Viktor mənə bu barədə danışanda, məlumatı yoxlayanda bunun doğru olduğuna inana bilmədim. Amma məlum oldu ki, bu, əsl qalmaqaldır”, - deyə Vans Budapeştdə çıxışında bildirib.
O, Zelenskinin hərəkətlərinin absurd və qəbuledilməz olduğunu vurğulayıb.
Qeyd edək ki, Zelenski Orbana qarşı təhdidlər səsləndirib. Daha sonra təqaüddə olan Təhlükəsizlik Xidmətinin generalı Qriqori Omelçenko baş nazirin ailəsini açıq şəkildə hədələdi. Kiyev Budapeşti Ukraynanın Avropa Birliyinə qoşulmaq cəhdini dəstəkləməkdən və ona hərbi yardım göstərməkdən imtina etdiyinə görə şantaj etməyə çalışır.