Hadisə 29-04-2026, 10:14

Yevlaxda ağır qəza - 10 yaşlı qız öldü


Yevlax rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Planetinfo.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Kövər kəndi ərazisində qeydə alınıb.

1967-ci il təvəllüdlü Şakir Həsənovun idarə etdiyi "VAZ-2107" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.

Nəticədə avtomobildə olan 2016-cı il təvəllüdlü Südabə Əliyeva aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti