Hadisə 5-12-2025, 13:47

Ukrayna Silahlı Qüvvələrinin hücumlarından Rusiyada 300-ə yaxın uşaq zərər çəkib



2025-ci ilin 1 yanvarından dekabrına qədər Ukrayna Silahlı Qüvvələrinin hücumlarından 295 yetkinlik yaşına çatmayan şəxs zərər çəkib.

Planetinfo.az TASS-a istinadən bildirir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Cinayətlərinin Araşdırılması üzrə səlahiyyətli şəxs Rodion Miroşnik deyib. O bildirib ki, son bir həftə ərzində Rusiyada Ukrayna Silahlı Qüvvələrinin hücumları nəticəsində səkkiz nəfər ölüb:

"İl ərzində, yəni 1 yanvardan dekabrın əvvəlinə qədər 295 azyaşlı Ukrayna hücumlarından zərər çəkib. Onlardan 273 nəfəri yaralanıb, 22 nəfəri isə həlak olub".

Miroşnik həmçinin qeyd edib ki, 2022-ci ilin fevralından 2025-ci ilin 1 dekabrına qədər Rusiyada Ukrayna yaraqlılarının hərəkətləri nəticəsində 25 mindən çox mülki şəxs zərər çəkib.

Anar

Xəbər lenti