İntiharın qarşısını almaq üçün cəmiyyət və dövlət səviyyəsində də ciddi addımlar atılmalıdır
Cəmiyyətdə gündəlik olaraq adi hala çevrilmiş hadisələrdən biri də intihardır. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, intihar hallarında artım tendensiyası müşahidə edilir.
Planetinfo.az-ın xəbərinə görə, hüquqşünas Əli İbrahimov deyib ki, intiharın qarşısını almaq üçün təkcə fərdi səviyyədə deyil, cəmiyyət və dövlət səviyyəsində də ciddi addımlar atılmalıdır:
“Ailələrdə övladlarla açıq ünsiyyət qurulmalı, onları dinləmək, anlamaq vərdişi formalaşdırılmalıdır. “Sən güclü olmalısan”, “keçər” kimi səthi ifadələr əvəzinə real psixoloji dəstək göstərilməlidir. Psixoloqa müraciət etmək ayıb yox, ehtiyac kimi qəbul edilməlidir”.
Hüquqşünas qeyd edib ki, təhsil müəssisələrində psixoloji xidmət gücləndirilməli, həbsxanalarda mütəmadi psixoloji müşahidə və dəstək mexanizmləri qurulmalıdır.
Anar