Hadisə 25-01-2026, 13:02

Tikilməkdə olan evlərin naqillərini oğurlayan şəxslər saxlanılıb

Tikilməkdə olan evlərin naqillərini oğurlayan şəxslər saxlanılıb
Qaradağ rayonu ərazisində yerləşən yarımtikililərin birindən 110 metr naqil və təmir-tikinti alətləri oğurlanıb. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən V.Əmirov və A.Bəbirov müəyyən olunaraq saxlanılıblar. Onların rayon ərazisində daha iki yarımtikilidən də oğurluq etdikləri müəyyən olunub.

Araşdırma aparılır.

Xəbər lenti