Hadisə 29-01-2026, 07:55

Məktəbli intiharları rekord həddə çatıb



2025-ci ildə Yaponiyada rekord sayda məktəbli intiharı qeydə alınıb.

Planetinfo.az TASS-a istinadən bildirir ki, bu barədə Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyi məlumat yayıb. Bildirilib ki, keçən il ölkə üzrə 532 ibtidai və orta məktəb şagirdi intihar edib. Məlumata görə, bu, 1980-ci ildə statistika aparılmağa başlanandan bəri ən yüksək rəqəmdir.

Yaponiyada qızlar oğlanlara nisbətən daha çox intihar edirlər.

2024-cü ilin məlumatlarına görə, Yaponiyada intiharların ümumi sayı 20.268 olub ki, bunlardan 527-si uşaqlar arasındadır. İntihar edənlərin böyük əksəriyyəti (13.763) kişilər olub. Uşaqlar arasında ən çox intihar sayı (349) orta məktəb şagirdləri arasında olub.

Anar

Xəbər lenti