BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatı bu il Aralıq dənizində 1000-dən çox qanunsuz miqrant və qaçqının həyatını itirdiyini bildirib.
Planetinfo.az xəbər verir ki, bu barədə təşkilatın açıqlamasında qeyd edilir.
Açıqlamada qeyd olunub ki, mövcud vəziyyət regional əməkdaşlığın gücləndirilməsinə, təhlükəsiz və nizamlı miqrasiya yollarının genişləndirilməsinə zərurət yaradır. Qurum hesab edir ki, daha çox insan itkisinin qarşısını almaq üçün effektiv axtarış-xilasetmə əməliyyatlarına təcili ehtiyac var.
Qeyd edək ki, İtaliya, Malta, Liviya və Tunis arasında yerləşən Aralıq dənizi marşrutu son illərdə intensiv fəaliyyət göstərən Avropaya qeyri-qanuni miqrasiya üçün cəlbedici marşrut olub.
Hər il çoxsaylı qeyri-qanuni miqrantlar Aralıq dənizini keçməyə çalışarkən susuzluq, boğulma və qayıqların aşması və ya həddindən artıq sıxlıq səbəbindən həyatlarını itirirlər.
Anar