Hadisə 3-02-2026, 16:24

Peyvənd olunmayan xəstə uşaqlar xəstəxanaya yerləşdirilməyəcək



Qazaxıstanın paytaxtı Astanada qızılca xəstəliyinin yayılması səbəbindən uşaqların xəstəxanaya yerləşdirilməsi proseduru dəyişdirilib.

Planetinfo.az “Sputnik Qazaxıstan”a istinadən bildirir ki, bu barədə qərarı Astana Sanitariya və Epidemioloji Nəzarət Departamenti verib. Qərara əsasən, yalnız qızılcaya qarşı peyvənd olunmuş uşaqlar xəstə olduqları təqdirdə xəstəxanaya yerləşdiriləcək.
Bildirilib ki, bu məhdudiyyət xəstəxanalar daxilində infeksiyanın qarşısını almaq üçün tətbiq edilib. Çünki qızılca hava damcıları ilə yayılan və qapalı məkanda xeyli məsafələrə yayıla bilən yüksək yoluxucu virus xəstəliyidir.

Departament bildirib ki, virusun xəstəxanaya daxil olması böyük təhlükə yaradır, çünki şöbələrdə zəifləmiş uşaqlar, o cümlədən xroniki xəstəlikləri və immuniteti zəif olanlar var, onlar qızılcadan ciddi şəkildə təsirlənə və ağırlaşmalar yarada bilərlər.

Qeyd edək ki, məhdudiyyətlər yalnız planlaşdırılmış xəstəxanaya yerləşdirilməyə aiddir. Təcili tibbi yardım və təcili müalicə tələb olunduğu hallarda, uşaq peyvəndin olub-olmamasından asılı olmayaraq xəstəxanaya yerləşdiriləcək.

Anar

Xəbər lenti