Bakıda 76 yaşlı kişi küçədə vəfat edib.
Planetinfo.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə dünən saat 12 radələrində Yasamal rayonunda baş verib.
Bakı şəhər sakini 1950-ci il təvəllüdlü Tofiq Əsgərovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti M.Əliyev küçəsində tapılıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.