Hadisə 9-02-2026, 11:46

Silah-sursat aşkar olunaraq götürülüb

Silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Fevralın 7-də və 8-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 7 avtomat silahı, 2 pulemyot, 1 qumbaraatan, 2 tapança, 8 qumbara, 23 tüfəng, 86 patron darağı, 5 partladıcı və 2491 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Xəbər lenti