Hadisə 15-11-2025, 21:12

Şəkidə 50 yaşlı şəxs öldürüldü

Şəkidə 50 yaşlı şəxs öldürüldü
Şəkidə 50 yaşlı şəxs qətlə yetirilib. Cinayət hadisəsi rayonun Turan qəsəbəsində baş verib.

Axar.az xəbər verir ki, bu gün saat 18 radələrində Şəki rayonunun Turan qəsəbəsi ərazisində 50 yaşlı Mehman Bayramov kəsici alətlə qətlə yetirilib.

Cinayəti törətməkdə şübhəli bilinən 24 yaşlı Sədi Heydərov polisə könüllü təslim olub.

Polis əməkdaşları ərazini nəzarətə götürüb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində təhqiqat aparır.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti