Hadisə / Dünya 25-02-2026, 09:03

Türkiyədə hərbi təyyarə qəzaya uğradı - Ölən var


F-16 tipli qırıcı təyyarə Balıkesir vilayəti ərazisində qəzaya uğrayıb.

Planetinfo.az xəbər verir ki, qəzaya uğrayan təyyarə XIX Baş Reaktiv Hava Bazası Komandanlığına məxsus olub. Hadisə yerli vaxtla saat 00:50 radələrində, təyyarə planlaşdırılmış tapşırığı yerinə yetirərkən qeydə alınıb.

Türkiyə Müdafiə Nazirliyi də məlumatı təsdiqləyib. Nazirliyin açıqlamasına görə, hadisədən sonra əraziyə axtarış-xilasetmə qrupları cəlb olunub və təyyarənin qalıqları aşkar edilib.

Qeyd olunub ki, qəzanın başvermə səbəbləri xüsusi yaradılmış araşdırma komissiyası tərəfindən müəyyən ediləcək.

Xəbər lenti