Hadisə 17-11-2025, 16:38

Qubada qəza: hindistanlı turist öldü

Qubada qəza: hindistanlı turist öldü
Quba rayonunda avtomobil Hindistandan olan turisti vuraraq öldürüb.

Planetinfo.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Caqacuq kəndi yaxınlığında baş verib.

Bildirilib ki, Hindistan vətəndaşı, 1985-ci il təvəllüdlü Mansur Xanı avtomobil vurub.

M.Xan müxtəlif xəsarətlərlə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xəbər lenti