Hadisə 16-03-2026, 10:45

Bakıda moped divara çırpıldı - 21 yaşlı sürücü öldü

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Planetinfo.az xəbər verir ki, 2005-ci il təvəllüdlü Mayılov Hüseyn Mayıl oğlunun idarə etdiyi “Champ” markalı moped Xəzər rayon Şağan qəsəbəsində hərəkətdə olarkən divara çırpılıb.

Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Xəzər RPİ-də araşdırma aparılır. (Qafqazinfo.az)

Xəbər lenti