Hadisə 3-11-2025, 12:02

Bakıda 68 yaşlı kişi pəncərə düzəldərkən yıxılıb öldü

Bakıda 68 yaşlı kişi pəncərə düzəldərkən yıxılıb öldü
Bakıda pəncərədən yıxılan şəxs ölüb.

Planetinfo.az Report-a istinadla xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb.

Belə ki, oktyabr ayının 31-i 1957-ci il təvəllüdlü Fuad Ələsgər oğlu Nəsirov yaşadığı evdə pəncərə düzəldərkən yıxılıb.

Xəstəxanaya yerləşdirilən F.Nəsirov noyabrın 2-si ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti