Hadisə 30-03-2026, 16:00

Ucarda ağır qəza oldu - Xəsarət alan var



Ucarda yol qəzası olub, xəsarət alan var.

Planetinfo.az Apa-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Şahlıq kəndindən keçən hissəsində qeydə alınıb.
“BMW” markalı minik maşını idarəetmədən çıxaraq beton arakəsməyə çırpılıb. Nəticədə 1 nəfər xəsarət alaraq Ucar Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya Şöbəsinə yerləşdirilib.
Fakt araşdırılır

Xəbər lenti