Hadisə 2-04-2026, 10:40

Ağsuda ağır qəza: 2 nəfər xəsarət aldı



Ağsu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Planetinfo.az xəbər verir ki, qəza gecə saatlarında rayonun Qiyaslı kəndi ərazisində qeydə alınıb.

Rayon sakini, 2006-cı il təvəllüdlü Sadiq Ağasəf oğlu Paşayev "Mercedes" markalı avtomobilə idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi aşıb.

Hadisə zamanı sürücü və avtomobildə olan sərnişini, Ağsu rayonunun Kəndoba kənd sakini, 2008-ci il təvəllüdlü Qəribxan Gülxan oğlu Hüseynzadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. (Oxu.az)

Xəbər lenti