Hadisə 4-04-2026, 13:10

Sumqayıtda dəm qazından zəhərlənən 6 uşaqdan biri öldü



Sumqayıtda Xəzri bağları adlanan yaşayış massivində dəm qazından zəhərlənən 6 uşaqdan biri dünyasını dəyişib.


Planetinfo.az-ın əldə etdiyi məlumata görə, dəm qazından zəhərlənən, xəstəxanadan evə buraxılan 2014-cü il təvəllüdlü Gülcənnət Cəbrayılovanın vəziyyəti qəfildən pisləşib. O yenidən Sumqayıt şəhər Uşaq Xəstəxanasına yerləşdirilib.

Aparılan müalicəyə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti