AFAD Aralıq dənizində zəlzələ baş verməsi ilə bağlı məlumat yayıb.
Planetinfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, zəlzələ 4.3 bal gücündə olub.
Zəlzələ yerli vaxtla saat 10:52-də baş verib. Təkanların yerin təxminən 8 kilometrlik dərinliyində qeydə alındığı bildirilib.
Zəlzələ nəticəsində hər hansı bir mənfi vəziyyətin yaranmadığı bildirilib.