İndoneziyada yerləşən nəhəng Semeru vulkanı Şərqi Yava əyalətində püskürüb.
Planetinfo.az xəbər verir ki, bu barədə "Jakarta Globe" qəzeti məlumat yayıb.
Məlumata görə, püskürmədən yaranan kül vulkanın kraterindən 1100 metr və ya dəniz səviyyəsindən 4776 metr yüksəkliyə çatıb və orta intensivliklə cənuba doğru yayılıb.
Ölkənin Vulkanologiya və Geoloji Fəlakətlərin Azaldılması Mərkəzi lava və piroklastik axınların riski səbəbindən yerli sakinləri və turistləri kraterdən 8 kilometr uzaq qalmağa çağırıb.
Qeyd edək ki, Semeru İndoneziyada dördüncü ən yüksək vulkandır. Bu vulkan dəniz səviyyəsindən 3676 m yüksəklikdə yerləşir.