Hadisə 11-04-2026, 13:50

Paşinyanın kortejində QƏZA - 1 ölü, 12 yaralı


Ermənistanın Baş naziri Nikol Paşinyanın kortejini müşayiət edən polis avtobusu qəzaya düşüb.

Planetinfo.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, hadisə Kuçak-Aparan avtomobil yolunda baş verib.

“Honda” markalı avtobus “Nissan” minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində 1 nəfər ölüb, daha 12 nəfər isə yaralanıb.

Xəbər lenti