İdman Bugün, 10:20

Final matçının biletləri satışa çıxarıldı


Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarılıb.

Planetinfo.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasından məlumat verilib.

"Sabah" - "Zirə" qarşılaşmasının biletlərini bu gündən etibarən "iticket.az" saytından əldə etmək mümkündür. Matçın biletlərinin qiymətiləri yerlərdən asılı olaraq 5, 10, 15, 20, 30 və 50 ("VIP Gold") manatdır.

Xatırladaq ki, oyun mayın 13-də "Palms Sports Arena"da, saat 20:00-da start götürəcək.

Xəbər lenti