İdman Bugün, 23:00

Cüdoçumuz dünya çempionatında gümüş medal qazandı



Azərbaycan cüdoçusu Ramazan Əhmədov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən gənclər arasında dünya çempionatında gümüş medal qazanıb.

+100 kq çəki dərəcəsində yarışan idmançı finalda türkiyəli İbrahim Tataroğluna uduzub.

Bu, Azərbaycan cüdoçularının turnirdəki üçüncü medalı olub. Daha əvvəl Məhəmməd Musayev (66 kq) və Davud Namazlı (100 kq) bürünc mükafata sahib çıxıblar.

Xatırladaq ki, gənclər arasında dünya çempionatı noyabrın 22-də başa çatacaq.

Xəbər lenti