İqtisadiyyat
25-04-2026, 12:49
Azərbaycan neftinin qiyməti kəskin artdı
Dünya bazarlarında "Azeri Light" markalı Azərbaycan nefti bahalaşıb.
Planetinfo.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,95 ABŞ dolları və ya 1,7% artaraq 113.97 ABŞ dolları olub.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.