Gündəm Bugün, 17:00

"Azərişıq"da kadr dəyişikliyi



"Azərişıq" ASC şimal bölgəsində yerləşən rayonlarda kadr dəyişiklikləri həyata keçirib.

Bu barədə Bizim.Media məlumat yayıb.

Bildirilib ki, "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədovun əmri ilə Qusar Elektrik Şəbəkəsinin rəisi Elxan Əliyev Xaçmaz Regional Elektrik Şəbəkəsinin sədr müavini vəzifəsinə təyin edilib.

Digər təyinatlara əsasən, Xaçmaz Elektrik Şəbəkəsinin rəisi Mahir Məmmədov Qusar Elektrik Şəbəkəsinə rəis təyin olunub. Bakıda "Azərişıq" sistemində çalışmış Fuad Budaqov isə Xaçmaz Elektrik Şəbəkəsinin rəisi vəzifəsinə gətirilib.

Xəbər lenti