Gündəm / Siyasət / Dünya
Bugün, 14:30
Tehrandan Vaşinqtona son xəbərdarlıq: "Müharibə genişlənəcək"
ABŞ ordusunun ard-arda iki gecə hava hücumlarını təxirə salmasından sonra Tehran da öz növbəsində cavab əməliyyatlarını müvəqqəti dondurub.
Bu barədə İran Silahlı Qüvvələrinin yaydığı rəsmi bəyanatda bildirilir.
Bununla belə, İran tərəfi kəskin xəbərdarlıq səsləndirib: əgər Vaşinqton bombardmanları yenidən bərpa edərsə, regional münaqişənin miqyası sürətlə böyüyəcək və hərbi əməliyyatların coğrafiyası genişlənəcək.