"İsti hava ürək və qan dövranı sisteminə əlavə yük yaradır".
Bunu Lenta.ru-ya "Solgar" şirkətinin eksperti, kardioloq Olqa Belyuşin yüksək temperaturların ürək-damar sisteminə təsirin danışarkən deyib.
Belyuşina xəbərdarlıq edib ki, isti havada damarlar genişlənir, arterial təzyiq göstəriciləri dəyişir, ürək isə daha tez-tez yığılmağa məcbur olur ki, bu da ona artıq yük yaradır. Bu amillər istər birlikdə, istərsə də ayrı-ayrılıqda ritm pozğunluğunu tətikləyə bilər.
Həkim həmçinin qeyd edib ki, istidə insan daha çox tərləyir. Maye itkisi səbəbindən qan qatılaşır, nəticədə tromb yaranma riski artır.
"İstidə həddindən artıq tər ifrazı zamanı yaranan susuzlaşdırma və ona yaxın vəziyyətlər mineral duzların, xüsusilə də hipokalemiya və hipomaqniyemiyanın itirilməsinə səbəb olur. Bu makroelementlərin çatışmazlığı ürək ritminin tənzimlənməsinə mənfi təsir göstərir ki, bu da aritmiyası, ürək əzələsinin işemiyası olan insanlar üçün təhlükəlidir", – deyə kardioloq izah edib.
Belyuşina vurğulayıb ki, isti hava yüksək rütubətlə birlikdə ürək-damar sisteminə əhəmiyyətli dərəcədə yük yaradır. O əlavə edib ki, məhz buna görə də yay aylarında əgər insan su balansına əməl etmirsə, taxikardiya hətta sağlam şəxsdə də baş verə bilər.