"Hazırda neftin ucuzlaşmasının əsas səbəblərindən biri bazarda təklif bolluğudur".
Planetinfo.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eyyub Kərimli deyib. O bildirib ki, ABŞ-da şist neftinin hasilatı rekord səviyyələrdə qalmaqda davam edir:
"OPEC+ ölkələri hasilatın azaldılması ilə bağlı razılaşmalar əldə etsələr də, bəzi üzv ölkələr kvotalara tam əməl etmir. Eyni zamanda, İran, Venesuela və Liviya kimi ölkələrin bazara qayıdışı qlobal təklifi daha da artırır. Təklifin tələbdən sürətlə artması qiymətlər üzərində aşağı yönlü təzyiq yaradır".
Anar