İqtisadiyyat 13-01-2026, 18:48

Ukraynada ciddi enerji böhranı hökm sürür



Ukrayna enerji böhranının kəskin mərhələsini yaşayır.

Planetinfo.az xəbər verir ki, bunu Ukraynanın energetika naziri vəzifəsinə namizədliyi nəzərdən keçirilən Denis Şmıxal deyib. O bildirib ki, son zərbələr zamanı enerji infrastrukturuna dəyən ziyan olduqca ağırdır.

"Bu vəzifədə əsas vəzifəm enerji böhranının kəskin mərhələsini mümkün qədər tez aradan qaldırmaqdır", - deyə o, parlamentdəki çıxışında bildirib.

Onun sözlərinə görə, enerji sektorundakı çətinliklər genişmiqyaslıdır.

"Strana" nəşrinin məlumatına görə , Kiyev hazırda demək olar ki, tamamilə elektrik kəsintisindən əziyyət çəkir. Paytaxtda elektrik enerjisi gündə yalnız iki-üç saat verilir, istilik və su təchizatı isə fasilələrlədir.

Anar

Xəbər lenti