Avropanın yeraltı qaz anbarlarında qaz ehtiyatları 53 faizə düşüb.
Planetonfo.az TASS-a istinadən bildirir ki, bu barədə Gas Infrastructure Europe (GIE) şirkəti məlumat verib.
Yanvarın 12-də yeraltı qaz anbarlarından çıxarılan qaz təxminən 900 milyon kubmetr təşkil edib.
Avropa yeraltı qaz anbarlarından qaz çıxarılmasının son mövsümü 28 mart 2025-ci ildə başa çatıb və ehtiyatların 33,57%-i qalıb. Hazırda Avropanın yeraltı qaz anbarları 53,17% doludur. Yeraltı qaz anbarlarında ümumi yanacaq həcmi hazırda cəmi 58,8 milyard kubmetrdir.
Avropada saxlama tutumuna görə lider olan Almaniyada da qaz ehtiyatları 45,3%-ə düşüb. Qaz saxlama tutumuna görə digər aparıcı ölkələr də yığılmış yanacaqlarını aktiv şəkildə istifadə edirlər. Fransanın yeraltı qaz anbarları 46,2%, Avstriyanın 56,5%, İtaliyanın 67,6% və Niderlandın 39,5% doludur.
Anar