İqtisadiyyat 15-01-2026, 10:43

Qlobal geosiyasətdə risklər kəskinləşəndə neftə tələbat artmır



"Qlobal geosiyasətdə risklər kəskinləşəndə neftə tələbat artmır. Ona görə ki, investisiya real sektordan çıxaraq qızıl kimi aktivlərə yönəlir. Onda da neft qiymətləri üçün yaxşı nəsə gözləmək olmur".

Planetinfo.az xəbər verir ki, bunları iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki. 2027-ci illə bağlı isə ABŞ Energetika İnformasiyası Administrasiyasının gözləntiləri yaxşıdır, hətta sevindiricidir:

"Deyirlər ki, gələn il neftə olan orta gündəlik qlobal tələbat 104,8 mln bareldən 106,1 mln barelədək yüksələcək. Bu məntiq yalnız o halda işləyir ki, Venesuela, İran və Qrenlandiya kimi risklər ya bu il həllini tapsın, ya da ən azı 2027-yə doğru böyüməsin. Yəni risklərin sistemli böhran səviyyəsinə çıxacağı gözlənilmir".

Anar

Xəbər lenti