İqtisadiyyat 26-02-2026, 10:32

Azərbaycanda problemli kreditlərin məbləği artdı


Bu il fevralın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 557,5 milyon manat təşkil edib.

Planetinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

Bu, yanvarın 1-i ilə müqayisədə 6,3 % çoxdur.

Ölkədə problemli kreditlərin məbləği son 1 ildə isə 17,35 % artıb.

Yanvarın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,7 % təşkil edib. Bu nisbət ötən ilin sonuna 1,6 %, ötən il yanvarın sonuna isə 1,6 % olub.

Xəbər lenti