İqtisadiyyat 28-02-2026, 13:39

Manatın nominal effektiv məzənnəsi azaldı


Bu il fevralın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 102,4 bənd təşkil edib.

Planetinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb

Bu, aylıq müqayisədə 0,1 bəndi, ötən ilin fevralın 1-nə nisbətən 7,6 bənd azdır.

Fevralın 1-nə manatın real effektiv məzənnəsi 116,7 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 0,9 bənd çox, ötən il fevralın 1-nə nisbətən isə 9,4 bənd azdır.

Xəbər lenti