Mədəniyyət 29-12-2025, 09:07

Siyəzəndə Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ilə bağlı tədbir keçirilib

Siyəzəndə Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ilə bağlı tədbir keçirilib
Siyəzən Rayon İcra Hakimiyyəti və Quba–Xaçmaz Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması barədə 21 fevral 2025-ci il tarixli Sərəncamına müvafiq olaraq Siyəzən rayonunda Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Bəxtiyar Vahabzadə mübariz şəxsiyyəti və çoxşaxəli fəaliyyəti ilə XX əsrin ikinci yarısından etibarən Azərbaycan bədii-ictimai fikir tarixinə parlaq səhifələr yazmış qüdrətli simalardandır.

Tədbir çərçivəsində Quba–Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin yetirmələri tərəfindən ədəbi-bədii kompozisiyalar təqdim olunub, şairin əsərlərindən nümunələr səsləndirilib. Yubiley tədbiri iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır. Allahdan Bəxtiyar müəllimə rəhmət diləyirəm. Azərbaycan xalqı durduqca Bəxtiyar müəllimdə xalqın qəlbində əbədi yaşayacaqdır...



Nəsimi

Xəbər lenti