Region 6-05-2026, 17:49

Bitkoinin qiyməti 82.000 min dolları keçib



Bitkoinin dəyəri ticarət zamanı 2026-cı il 31 yanvardan sonra ilk dəfə 82 000 ABŞ dollarını ötüb.

Bu barədə Planetinfo.az Binance platformasının məlumatlarına istinadən xəbər verir.

Bakı vaxtı ilə saat 14:09-a olan məlumata görə, bitkoin 1.68% bahalaşaraq 82 018 dollar səviyyəsində olub.

Saat 15:30-a olan göstəricilərə əsasən isə bitkoin artım tempini sürətləndirərək 2.14% yüksəlib və 82 850 dollara çatıb. \\Milli.Az\\

Xəbər lenti