İranın ABŞ ilə danışıqları İstanbulda keçirməkdən, ümumiyyətlə Türkiyə də daxil olmaqla vasitəçilərdən imtina etməsinin bir səbəbi də təbii ki, vaxtilə mövcud olmuş sövdələşmələrin təfərrüatlarını başqalarının bilməsini istəməməsi ilə əlaqədardır.
Planetinfo.az xəbər verir ki, bunu ilahiyyatçı Tural İrfan deyib.
O, qeyd edib ki, ABŞ - İran - İsrail arasında müxtəlif məsələlər var ki, onu Türkiyə və ərəb ölkələrinin iştirakı olmadan danışmaq istəyirlər. İsrail indiki İran rejimini vaxtilə Səddam Hüseyndən xilas edən başlıca qüvvə idi. Səddamın Oşirak nüvə stansiyalarını İsrail dağıtmışdı İranı qorumaq üçün. Həmçinin 8 illik müharibədə ABŞ ilə birgə İrana 3 milyard dollardan artıq dəyərdə silah, sursat, təyyarə hissələri, təchizat yollamışdı. İran da indiyəcən quru təhdidlə İsrailin nüvə silahına sahib olmasına şərait yaradıb. Proksi qüvvələrin əli ilə hücumlar təşkil edərək İsrailin beynəlxalq aləmdə təhlükə qarşısında olduğunu əsaslandırması üçün əlindən gələni edib. Necə ki, sonucu müharibədə HƏMAS-sı İsrailə hücum etməyə təhrik edib nəticə etibarı ilə Qəzzanı İsrailin qucağına itələdi və milyonlarla insanın qətlinə maksimum imkan yaratdı.
Nəsimi "