Gündəm / Siyasət / Dünya
Dün, 21:45
Husilər Ədəndə hərbi düşərgə və bazaya hücum etdilər
Yəmənin “Ənsar Allah” hərəkatının (husilərin) qüvvələri Ədən şəhərindəki hərbi düşərgəyə və hərbi-dəniz bazasına hücum edib.
Bu barədə husilərin nümayəndəsi Yəhya Sariya özünün "Telegram" kanalında məlumat verib.
“Silahlı qüvvələrimiz (husilərin silahlı birləşmələri) Səudiyyə Ərəbistanı düşməninin “Ən-Nəsr” adlanan düşərgədə və Ədən şəhərindəki hərbi-dəniz bazasında toplaşmış qüvvələrinə zərbə endirib”, – deyə hərəkatın nümayəndəsi yazıb.
Sariyanın sözlərinə görə, həmin obyektlərdə qüvvələrin hazırlanmasına briqada generalı Bədr Salah əl-Hərbinin rəhbərlik etdiyi Səudiyyə Ərəbistanı zabitləri cavabdeh olub.