Siyasət Bugün, 09:59

Tehran ABŞ-nin təklifinə hələ cavab verməyib - İran XİN



İran ABŞ-nin münaqişənin həlli ilə bağlı təqdim etdiyi təklifə hələlik rəsmi cavab verməyib.

Planetinfo.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai açıqlama verib. O, “Tasnim” agentliyinə bildirib ki, cavab üzərində iş aparılır.

Sözçünün sözlərinə görə, yekun qərar qəbul edildikdən sonra ictimaiyyətə rəsmi məlumat veriləcək.

Xatırladaq ki, daha əvvəl ABŞ dövlət katibi və milli təhlükəsizlik üzrə müşaviri Marko Rubio Vaşinqtonun təqdim etdiyi təkliflə bağlı Tehranın mövqeyini gözlədiklərini açıqlamışdı.

Xəbər lenti