Siyasət 5-03-2026, 14:20

Iran "qırmızı xətti" keçdi



Naxçıvan Hava Limanına dron hücumu ilə İran "qırmızı xətti" keçmiş oldu.

Bunu Planetinfo.az-a politoloq Arzuman Muradlı deyib. O bildirib ki, Azərbaycan daim qonşuluq prinsiplərinə sadiq qalıb İranla qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməyə maraqlı olsa da, lakin fars-molla rejimindən eyni münasibəti görməmişik:

"Naxçıvan Hava Limanının İran tərəfindən dron hücumuna məruz qalması bunun əyani sübutudur. Bu hadisə İranın nə dərəcədə nankor və riyakar ölkə olduğunu bir daha təsdiqlədi. Baxmayaraq ki, bir gün əvvəl Azərbaycan Prezidenti İranın Azərbaycandakı səfirliyini ziyarət edərək bu ölkənin ali dini liderinin vəfatı ilə bağlı başsağlığı verdi. Eyni zamanda rəsmi Bakı İrana humanitar yardım etməyi də düşünürdü. Ancaq İran bunun qarşılığında nə etdi? Mülki infrastrukturu hədəf aldı".

Arzuman Muradlı deyib ki, Naxçıvan Hava Limanı hərbi təyinatlı deyil və nəinki Naxçıvandan, ümumən Azərbaycandan İrana qarşı heç bir təhlükə olmayıb:

"Azərbaycan rəhbərliyi dəfələrlə ən yüksək tribunalardan bəyan edib ki, ölkə ərazisi nəinki İran, heç bir dövlətin vurulması üçün poliqon rolunu oynaya bilməz. Bunun qarşılığında İranın Naxçıvana dron hücumu etməsi fars-molla rejiminin "qırmızı xətti" keçməsi ilə bərabər, həm də açıq-aşkar terror aktıdır. Çünki hədəf alınan mülki infrastruktur və mülki insanlardır".

Anar

Xəbər lenti