Siyasət 5-03-2026, 18:01

Rusiyada saxlanılan soydaşlarımıza hökm oxundu - CƏZALAR

Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski 22 il müddətinə azadlıqdan məhrum edilib.

Planetinfo.az xəbər verir ki, məhkəmə onu tacir Yunis Paşayevin qətlində və sahibkar Fəhruz Şirinova qarşı sui-qəsddə təqsirli bilib.

Eyni iş üzrə digər təqsirləndirilən şəxslərə də hökm oxunub:

Akif Səfərov — 21 il həbs

Ayaz Səfərov — 20 il həbs

Kamal Səfərov — 14 il həbs

Məzahir Səfərov — 13 il həbs

Bəkir Səfərov — 10 il həbs

Şücəddin Rəcəbov — 14 il həbs cəzasına məhkum edilib.

Xatırladaq ki, ötən il iyunun 27-si səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Yekaterinburqda azərbaycanlıların yaşadığı ünvanlara reydlər təşkil etmişdi. Əməliyyat zamanı iki nəfər öldürülmüş, bir neçə nəfər isə yaralanmışdı.

Xəbər lenti