Hər kəsin dini baxışlarına, inancına, təriqətlərə münasibətinə də hörmətlə yanaşıram. Amma, ölkədə ən azı, İran Silahlı Qüvvələrinin Naxçivana, həm də mülki infrastrukturlara, o cümlədən məktəbə dron hücümundan sonra, bəzilərinin Sepaha, ümumiyyətlə şovinist molla rejiminə yandaşlıq etmələri, onlara mətiyyə deyərək, təbliğ etmələri anlaşılan, qəbul edilən deyil və hiddət doğurur. Görəsən bu aftafa həvəskarlarının istəyi, məqsədləri nədir? Görəsən, İran istehsalı Şarikovlar başa düşürlərmi ki, bu artıq inanc, dindarlıq. müsəlman təəssübü olmaqdan çixir, bu artıq vətəndaşlıq pasportunu daşıdıqları dövlətə -Azərbaycan Respublikasına hörmətszilik, xəyanətdir, bu çörəyini yediyi, suyunu içdiyi Vətənə nankorluqdur? Bunu heç nə ilə izah etmək, bəraət qazandırmaq olmaz! Bunu edənlərin məqsədi nədir? Görəsən nə yeyib, nə içirlər ki, bu günə düşürlər?
Əlbəttə hər kəsin rəğbət bəslədiyi xarici siyasi xadim də, səcdə etdiyi din xadimi də ola bilər, fanatı olduğu, azarkeşlik etdiyi məşhur idmançı, aktyor, mügənni və s. də ola bilər, bu və ya digər xarici dövlətə, siyasi cərəyana, dinə, dini təriqətlərə hörmətlə yanaşa, pərəstiş də edə bilər. Amma əgər söhbət mənsub olduğu dövlətdən, millətdən, onun təhlükəsizliyindən gedirsə, artıq bütün bu hisslər, duyğular, yanaşmalar mahiyyətini itirir, ikinci plana keçir. Yəni mövzu Vətəndirsə, qalanı təffərrüatdir!!! Masada Vətənin ərazi bütövlüyu, millətin təhlükəsizliyidirsə diğər dövlətlərə, siyasi və dini cərəyanlara, liderlərə, şəxslərə münasibət kənara qoyulmalıdir.
Hə tutaq ki, bunları edə bilmirsən, yaşadığın yer-şəhər, kənd, ölkə sənin mənəvi, dini, mədəni, sosial və siyasi və s. tələblərinə uyğun gəlmir, ehtiyaclarını ödəmir, yəni elə bir mənəvi-psixoloji durumdasan ki, vətəndaşı olduğun dövlətin siyasi sistemini, iqtisadi vəziyyətini, mənsub olduğun millətin adət-ənənələrini, əxlaqı dəyərlərini bəyənmirsən, nəsə səni qane etmir, narazılığın var, öz xoşbəxtliyini baş yerdə ğörürsən (əlbəttə söhbət siyasi müxailfətdən getmir!). Bunun da çıxış yolu var, normal sivil insanlar kimi, heç bir iyrənclik, qanundankənar hərəkət etmədən ölkəni tərk edib, sənə uyğun, bütün tələblərinə cavab verən, mənəvi rahatlıq tapacağınn yerə- ölkəyə getmək şansın var. O şansdan istifadə et!!! Necə ki, bütün dünyada, bir çox ölkələrdə minlərlə insanlar bunu edir. Azərbaycandan bu cür addım atanlar olub. Amma yox, bunu etmirsənsə və bəyənmədiyim, hətta nifrət ediyin ölkədə qalıb, başqa dövlətin, siyasi və dini mərkəzlərin təblığatıni aparacaqsansa, müəyyən dairələrin, xüsusi xidmət orqanlarının tapşırığı ilə ölkə daxilində hərc-mərclik, qarşıdurma yaratmaqla, təxribat törətməklə məşğul olacaqsansa, tülkü kimi qorxaqcasına əsl üzünü gizlədərək, qondarma, ləqəblər, təxəllüslər altında dövlətin və xaqlqın əleyhinə fəaliyyət göstərəcəksənsə, onda bu artıq cəsusluq, xəyanət, nankorluq, namərdlikdir!
Digər tərəfdən, əgər həqiqətən də inanclı adamsansa, sərgilədiyinz bu davarnış, həm də, dini baxımdan günahdır, bilməlisən ki, islam nöqteyi-nəzərindən: Vətəni sevmək və onu qorumaq imanın bir hissəsi və müqəddəs vəzifə olaraq dəyərləndirilir. Bütun müqəddəs kitablarda, o cümlədən Qurani-Kərimdə Vətən məhfumuna xüsusi önəm verilib, onun uğrunda canını qurban verənlər "şəhid" adı kimi yüksək məqamla mükafatlandırılır, Vətənə xəyanət edənlər isə lənətlənirlər. Qurani-Kərimdə, Nisa surəsinin 66-cı ayəsi, Əraf surəsi 74-cü ayə və Bəqərə surəsi 126-cı ayə doğma torpağa bağlılıq və vətən sevgisini əks etdirən əsas ayələrdə bu fikir, bu münasibət gözəl qeyd olunub. Bunları bilmirsənsə deməli sən cahilsən, bilib əməl etmirsənsə münafiqsən. Demək sən dinə, islama deyil, islam adından çıxış edən fırıldaqçı – şarlatan aftafabaş molla ağalarına qulluq edirsən!
Yekun olaraq, ay, sən həqiqətən də öz münasibətlərində, inancinda səmimisənsə, əqidənə sadiqsənsə, fanatı olduğun səcdə etdiyin siyasi və dini liderə bağlısansa, pərəstiş etdiyin dini təriqətə sədaqətlisənsə, başqa dövlətə rəğbət edirsəndə, dəstəkləyirsənsə, niyə İranın ağır vəziyyətində, dar günündə orada deyilsən? Niyə öz din və dövlətləri uğrunda ölüm-dirim mübarizəsi aparan əqidədaşılarının yanında deyilsən? Yeri gəlmişkən onlar sən və səni kimilərdən fərqli olaraq heç olmasa əqidələri və öz dövlətləri, vətənləri uğrunda vuruşurlar. Məncə, siçan kimi Azərbaycanda gizlənib, saxra təəsübkeşlik etməkdənsə, şər-böhtan yağdırıb şüvənlik salmaqdansa, özündə cəsarət tapıb, sitayiş etdiyin, bütləşdirdiklərin, müqəddəs bildiklərin uğrunda mübarizə aparsan daha şərəfli olardı.
Siz islam uğrunda mübarziə aparmış olsanız, sizi kimi qaragüruh olmayan, sizdən fərqli düşünən müsəlmanlara qarşı deyil, əsl İslam düşmənlərinə qarşı mübarizə aparırdınız!
Əhməd Abbasbəyli
Siyasi şərhçi