Avropa İttifaqı Ukrayna ilə üzvlük danışıqlarını 2027-ci ilin sonuna qədər başa çatdıracaq.
Planetinfo.az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Məlumata görə, Ukraynanın AB-yə sürətli qoşulması ideyası rədd edilsə də, üzv ölkələri uzunmüddətli strategiyaya diqqət yetirəcəklər.
Nəşr yazıb ki, növbəti üç AB sədrliyi dövründə AB-nin səyləri yeni üzvlər üçün inteqrasiya prosesinin irəliləməsinə yönəldiləcək və məqsəd 2027-ci ilin sonuna qədər Ukrayna ilə bağlı danışıqları başa çatdırmaq olacaq.
Bütün bunların fonunda isə Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyenin davamlı aktiv diplomatik fəaliyyəti bir sıra Aİ ölkələrində narahatlıq doğurur.