Siyasət / İqtisadiyyat 12-03-2026, 16:44

Macarıstan Rusiyaya qarşı sanksiyaların qarşısını alacaq

"Macarıstan Ukraynaya Rusiya neftinin Drujba boru kəməri ilə tranzitini bərpa edənə qədər Avropa Birliyinin 20-ci sanksiya paketini qəbul etməsinə mane olacaq".

Planetinfo.az xəbər verir ki, bu sözləri Macarıstan Baş nazirinin ofisinin rəhbəri Gergeli Qulyas deyib.

O, qeyd edib ki, Baş nazir Viktor Orban bu mövqeyi 19-20 mart tarixlərində Brüsseldə keçiriləcək Aİ sammitində açıqlayacaq.

Qulyas əlavə edib ki, Zelenski Macarıstanın neft blokadasından əl çəkməsə, digər Aİ ölkələrinin Ukraynaya birgə kredit verməsinə icazə verilməyəcək.

Xatırladaq ki, Kiyevin Drujba neft kəmərini blokadasına cavab olaraq Macarıstan Aİ-nin Ukraynaya 90 milyard avroluq müharibə kreditinə veto qoyub.

Macarıstan, Slovakiya və Çexiya bu təşəbbüsdə iştirak etməkdən imtina etsələr də, digər 24 Aİ ölkəsi bu ideyadan imtina etməyib. Lakin, onlar da bu pulu Ukraynaya verə bilməyəcəklər, çünki Macarıstan bu cür planları həyata keçirmək üçün Aİ mexanizmlərindən istifadəyə icazə verməyəcək.

Xəbər lenti