“Türk Dövlətləri Təşkilatında əməkdaşlıq əlaqələri dərinləşər, regional təhlükəsizlik bloku formalaşarsa, Mərkəzi Asiya ölkələri daha çox türk dünyasına inteqrasiya olunarsa, əlbəttə ki, Türkiyənin regionda rolu və təsiri böyüyəcək”.
Bu fikirləri
Planetinfo.az-a siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O deyib ki, Qazaxıstan, Özbəkistan və Türkmənistanın son illər yürütdüyü siyasətin əsas elementləri çərçivəsində daha çox xarici güclərin obyektinə cevrilməməklə bağlı yürüdülən siyasət görünür:
“Bu da onu göstərir ki, bölgədə mübarizə heç də asan olmayacaq və Mərkəzi Asiya uğrunda rəqabət Azərbaycan üçün də önəmli məsələlərdən hesab olunur və bu səbəbdən Azərbaycan çoxşaxəli diplomatiya, enerji və nəqliyyat dəhlizləri ilə bağlı yürütdüyü siyasətində strateji tərəfdaşlıq və uzaqgörənlik, həm Qərb, həm də Şərqlə uzlaşdırdığı münasibətiləri və əməkdaşlıq əlaqələrini davam etdirməli və bu istiqamətdə öz təsir mexanizmlərini qoruyub saxlamalıdır. Eyni zamanda əməkdaşlıq əlaqələrinin inkişafı üçün yürütdüyü siyasəti davam etdirməlidir”.
Anar