Sosial Bugün, 09:20

Bakının bu ərazilərində qaz kəsiləcək



Bu gün Bakının iki rayonunun bəzi ərazilərində qaz təchizatın dayandırılacaq.

Planetinfo.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, təmir-quraşdırma işlərinin aparılması məqsədilə saat 10:00-dan etibarən Sabunçu rayonu üzrə Maştağa (bir hissəsi) və Savalan qəsəbələrinin, Suraxanı rayonu üzrə isə Zığ kəndinin qaz təchizatında işlər yekunlaşanadək fasilə yaranacaq.

Xəbər lenti