Sosial 29-04-2026, 11:00

Həddindən artıq yuxu niyə təhlükəlidir?


Yuxu rejimi ilə bağlı yeni araşdırma diqqət çəkən nəticələr önə çıxarıb.

Planetinfo.az Milli.az-a istinadən xəbər verir ki, həm yuxusuzluq, həm də normadan artıq yatmaq sağlamlıq üçün risk yarada bilər.

Mütəxəssislərin təhlilinə görə, gündə 7-8 saatlıq yuxu demensiya riskinin ən aşağı olduğu optimal aralıqdır. Bu normadan az yatmaq riski təxminən 18%, çox yatmaq isə 28% artırır.

Araşdırmalarda həmçinin həyat tərzinin digər amilləri də nəzərə alınıb. Məlum olub ki, uzun müddət oturaq qalmaq və fiziki aktivliyin az olması da demensiya ehtimalını yüksəldir. Gündə 8 saatdan çox oturan və həftədə 150 dəqiqədən az hərəkət edən şəxslərdə risk daha yüksək qeydə alınıb.

Xəbər lenti